XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
20 İyun, 2016
Almaniya muzeylərində Azərbaycana aid tarixi silahların mövcud olması müəyyən edilib

Almaniya muzeylərində Azərbaycana aid tarixi silahların mövcud olması müəyyən edilib.


Belə ki, Almaniyanın Berlin və Drezden şəhərlərində tədqiqat aparmış Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədov tərəfindən Almaniya Milli Tarixi Muzeyi (Berlin ş.), İslam Mədəiyyəti Muzeyi (Berlin ş., Perqamon muzeyi), Drezden muzeyinin Türk Qalareyasında (Drezden ş.) orta əsr Azərbaycan dövlətlərinə aid silahların olması müəyyən edilmişdir. Tədqiq edilən silahlar sırasında müdafiə (at yarağı, dəbilqə, “cövşən” yarağı) və hücum (qılınc, yay-ox, döyüş baltası) silahlarının, onların Aqqoyunlu və Səfəvilər dövlətinin ilk dövrünə aid olması məlum olmuşdur. Toplanmış materiallar əsasında tədqiqatlar davam etdirilir. 

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/