Milli Azərbaycan Tarixi Muzeyində keçirilən “I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisi haqqında müsbət rəylər daxil olmaqda davam edir. Mütəmadi olaraq rəylər Muzeyin rəsmi feysbuk səhifəsində yerləşdirilir.
Qeyd etmək istərdik ki, sərgiyə gəlib öz rəylərini bildirənlərin hamısı müsbət fikirdədir. Maraqlıdır ki, sərginin açıldığı ilk dövrdə rəylər daha çox təəsüratlarla bölüşmə xarakteri daşıyırdısa, son ayda daxil olan rəylər sırasında təklif xarakterli rəylər də az deyil. Tamaşaçılar gələcəkdə bu mövzuda daha geniş sərginin təşkil olunmasını, Səfəvilərə aid olan və xarici ölkə muzeylərində qorunan eksponatların Azərbaycana gətirilib nümayiş olunması kimi arzuları ilə bölüşürlər. Bu yaxınlarda təklif xarakterli rəylər də Muzeyin feysbuk səhifəsində yerləşdiriləcək. Rəylərin surətləri ilə Muzeyin feybuk səhifəsində tanış olmaq olar: ......
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.