XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
21 İyun, 2016
Muzeydə davam edən “I Şah İsmayıl- sərkərdə və hökmdar” sərgisi haqqında məqalə dərc olundu

AMEA Milli Azərbaycan Tarixi Muzeyində gedən və ictimaiyyətin böyük marağına səbəb olmuş “I Şah İsmayıl- sərkərdə və hökmdar” sərgisi haqqında “Azərbaycan xalçaları” jurnalında məqalə dərc olunmuşdur.


Müəllifi t.ü.f.d Səbuhi Əhmədov olan məqalədə sərginin yaradılması prosesi, quruluşu, burada nümayiş olunan materiallar, tarixi eksponatlar haqqında müfəssəl məlumat verilir, sərginin nəfis fotoşəkilləri təqdim edilir. “Azər-İlmə” xalçaçılıq şirkətinin təsis etdiyi “Azərbaycan xalçaları” elmi-bədii jurnalının materialları ilə carpetsmagazine.com ünvanlı saytda tanış olmaq olar. Nəşrin baş redaktoru professor Vidadi Muradovdur. “Azərbaycan xalçaları” elmi-bədii jurnalında Azərbaycan xalçalarının təbliği ilə yanaşı Azərbaycan xalq-tətbiqi sənət sahələri, dünya muzeylərində qorunan Azərbaycan tarixi eksponatları, ölkədə və ondan kənarda keçirilən və Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı sərgi və tədbirlər haqqında məlumat verilir. 

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/