Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Əli Fərhadov Mədəniyyət TV-nin "Maarifçilik işığında" verilişinin qonağı olub.
O, "XIX əsrin sonu-XX əsr əvvəlləri irəvan ziyalıları" mövzusunda çıxış edib. Ə.Fərhadiv İrəvanda fəaliyyət göstərən məktəb, gimnaziya və seminariyalar, azərbaycanca nəşr olunan kitablar, "Lək-lək", "Bürhani-həqiqət" kimi jurnallar və əməkdaşları, C.Məmmədquluzadə, F.Köçərli kimi İrəvanda pedaqoji işlə məşğul olan ziyalılar, erməni əlifbası ilə azərbaycanca yazan V.Medetov, X.Abovyan kimi erməni yazıçıları haqqında da geniş məlumat verib, həmçinin İrəvan türk mədəniyyətinin təbliği mövzusunun əhəmiyyətindən də bəhs edib.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.