XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
24 İyun, 2016
Muzeydə yeni unikal eksponat

Milli Azərbaycan Tarixi Muzeyi yeni milli geyim nümunəsi - çuxa əldə etmişdir. Azərbaycanın maddi mədəniyyətində geyimlər önəmli yer tutur.


Tarixən geyimlərin zəngin çeşidi yaranmış, təkmilləşə-təkmilləşə günümüzə qədər gəlib çatmışdır. Bu gün dəb arenasını tərk edərək muzey eksponatlarına çevrilmiş geyimlər xalqımızın mədəni irsinin, dünyagörüşünün, zövqünün, ətraf aləmlə qarşılıqlı təmasının, etik baxışlarının, eyni zamanda etnogenezinin öyrənilməsində əhəmiyyətli rol oynayır. Məhz bu səbəbdən Milli Azərbaycan Tarixi Muzeyi milli geyimlərin əldə olunmasına xüsusi diqqət yetirir.

Muzeyin kolleksiyasına yeni daxil edilmiş çuxa(küləcə) öz tarixi və bədii əhəmiyyətinə görə çox qiymətlidir. XIX əsrin ortalarına aid çuxa Cənubi Azərbaycana məxsus olub qırmızı rəngli mahud parçadan tikilmişdir. Yaxa kəsiyi, qol ağzı və ətəyi təkəldüz tikmə üsulu ilə bəzədilmişdir. Üzərində 1275-ci il hicri tarixi və “Maşallah, mübarək baxşət” sözləri yazılmışdır.

 

Fotoşəkillərə burada baxa bilərsiniz:  

 

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/