Mədəniyyət və Turizm Nazirinin 07 iyun 2016-cı il tarixli 146 nömrəli əmrinin icrası ilə əlaqədar olaraq Azərbaycanın maddi və qeyri-maddi mədəni irsinin yerlərdə qorunması, təbliği və bərpası, turizm infrastrukturunun inkişaf etdirilməsində muzeylərin üzərinə düşən vəzifələrin öyrənilməsi,
inkişaf etdirilməsi məqsədilə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində muzey işçiləri üçün “Turizmin inkişafında muzeylərin rolu” mövzularında səyyar seminar-treninq keçirilib. Bu məqsədlə 21-25 iyun 2016-cı il tarixində Gəncə regional mərkəz olmaqla Samux, Göygöl, Goranboy, Şəmkir, Daşkəsən rayonlarını əhatə edən seminar-treninqdə Milli Azərbaycan Tarix Muzeyinin Elmi-maarif şöbəsinin əməkdaşı Ələkbərova Sahibə də iştirak etmişdir.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.