Iclasda muzeyin 2016-cı ilin birinci yarısında gördüyü elmi tədqiqat, ekspozisiya və fond işləri haqqında hesabat dinlənildi. Qeyd olundu ki, Muzey əməkdaşları hesabat dövrü ərzində 4 problem üzrə 10 mövzunu əhatə edən 19 iş üzərində çalışmışlar.
Akademik N.Vəlixanlının və t.ü.f.d. S.Əhmədovun kitabları Almaniyada nəşr olunmuş, muzey əməkdaşları ölkədə keçirilən 4 respublika beynəlxalq səviyyəli elmi forumlarda iştirak etmişlər. Hesabat dövründə muzeydə böyük içtimai rezonansa səbəb olmuş “Şah İsmayıl-sərkərdə və hökmdar” sərgisi açılmışdır. Həmçinin “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu və problemləri” mövzusunda ənənəvi, sayca altıncı respublika elmi konfransı keçirilmişdir. Elmi Şuranın iclasında Elmi Bərpa Şurasının yaradılması, Fond-Satınalma Komissiyasının tərkibində dəyişikliklər edilməsi haqqında məsləhətlər də müzakirə olunmuşdur.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.