XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
30 İyun, 2016
Tarix elmləri doktoru Nərgiz Əliyeva qızıl medala layiq görülüb

30 iyun 2016-cı il tarixində  Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nərgiz Əliyeva  “Avropa Nəşr Mətbuat Evi” tərəfindən “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı və fəxri diplomu ilə təltif edilib.


Nərgiz Əliyeva orta əsrlər Azərbaycanın ictimai-iqtisadi, mədəni həyatı ,elmi-mədəni mühitinin öyrənilməsi sahəsində uğurlu elmi tədqiqatlarına görə fərqlənən alimlərdəndir. Onun orta əsrlər ərəbdilli mənbələrin öyrənilməsi  üzrə beş monoqrafiyası və yüzdən artıq elmi məqaləsi çap olunmuşdur.

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/