XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
30 İyun, 2016
Moldova Respublikasının səlahiyyətli səfiri George Leuka Milli Azərbaycan Tarixi Muzeyində olub

Bu gün Moldova Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri George Leuka Milli Azərbaycan Tarixi Muzeyində olub.


 Muzeyin direktoru, akademik Nailə Vəlixanlı qonağı qarşılayaraq, onu muzeydə görməkdən məmnun olduğunu bildirib. Sonra Nailə Vəlixanlı, Muzeyin direktor müavinləri t.ü.e.d. Nərgiz Əliyeva, t.ü.f.d. Məhfuzə Zeynalova və Muzeyin Numizmatika şöbəsinin müdiri, t.ü.f.d Əli Rəcəbli Moldovanın səfiri George Leuka ilə Azərbaycan Moldova arasında mövzud əlaqələrdən söhbət açmışlar.

Görüşdə hər iki ölkənin muzeyləri arasında qarşılıqlı əməkdaşlıq əlaqələri və perspektivləri, gələcəkdə səyyar sərgilərin təşkili ilə bağlı planlar müzakirə edilmişdir. Muzeyin direktoru Azərbaycan Moldova arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən, turizm və muzey işi sahəsində genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulamışdır. Milli Azərbaycan Tarixi Muzeyinin Moldova muzeyləri ilə qarşılıqlı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu nəzərə çatdıran Nailə xanım bu baxımdan tərəflər arasında əlaqələrin inkişafının vacibliyini bildirmişdir.

Qeyd edək ki, bu görüş hər iki ölkənin maddi mədəniyyətinin inkişafında, konfrans və seminarların keçirilməsi, elmi tədqiqatların və kadr təcrübə mübadiləsinin aparılması sahəsində böyük əhəmiyyət kəsb edəcək.

Görüşün sonunda Moldovanın səfiri George Leukaya Muzeyin kitab-albomu hədiyyə edilmişdir.

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/