“İrs-наследие” beynəlxalq jurnalının növbəti sayında (№ 3 (81), 2016 ) Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d Nasir Quluzadənin “Фаянсовые игрушки древнего Азербайджана» adlı rus dilində məqaləsi dərc olunub.
Məqalədə muzeyin ekspozisiyasında nümayiş olunan saxsı oyuncaqlardan bəhs edilir. Müəllif eksponatları 4 qrupa bölüb və onların dövrü, tapılma yeri, təsnifatı haqqında ətraflı məlumat vermişdir. Arxeoloq N.Quluzadə keramik oyuncaqların Azərbaycanın müxtəlif bölgələrindən arxeoloji qazıntılar zamanı əldə olunduğunu və onların erkən orta əsrləri əhatə etdiyini bildirmişdir. Tədqiqatçı-alim məqalədə həmçinin arxeoloji qazıntılar zamanı əldə olunan materialların tarixi əhəmiyyətini də vurğulamışdır.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.