Qədim zamanlardan qiymətli faydalı qazıntılarla zəngin olan Azərbaycan torpağı tarixən bu ərazidə sənətkarlığın inkişafına böyük imkanlar açmışdır. Bu gün həmin qədim tarixə ölkənin müxtəlif ərazilərindən tapılmış unikal qiymətli metal nümunələri də şahidlik edir.
Azərbaycanda zərgərlik hələ ilk orta əsrlərdən inkişaf etmişdir.
Milli Azərbaycan Tarixi Muzeyi zərif zinət əşyası - qızıl bilərzik fraqmenti əldə etmişdir. Bu qiymətli metal 2010-cu ildə “Şəmkir arxeoloji ekspedisiyası” tərəfindən çöl-tədqiqat mövsümündə qzaıntılar zamanı tapılmışdır. Ekspedisiyanın rəisi, t.ü.e.d. Tarix Dostiyev bu eksponatın təxminən X-XII əsrlərə aid olunduğunu bildirmişdir. Qızıl bilərzik fraqmentinin çəkisi 0,7 qr.-dır. Tarixi əhəmiyyətə malik bu zinət əşyası Muzeyin Xüsusi Fonduna təhvil verilmişdir.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.