Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı Koreya Respublikasının Azərbaycandakı səfirinin qonağı olub.
Nailə Vəlixanlının şərəfinə səfirliyin iqamətgahında təşkil olunmuş şam yeməyində həmçinin Muzeyin direktor müavinləri- t.ü.e.d. Nərgiz Əliyeva, t.ü.f.d. Məhfuzə Zeynalova, t.ü.f.d. Həbibə Əliyeva, şöbə və fond müdirləri - t.ü.f.d. Gülzadə Abdulova, t.ü.f.d. Afət Rüstəmbəyova, t.ü.f.d. Sevinc Vahabova da iştirak ediblər.
Nailə xanım cənab səfiri muzeyin əməkdaşları ilə tanış edib və muzeydə həyata keçirilən layihələr barədə məlumat verib. Şam yeməyində qonaqlara Koreyanın milli yeməkləri təqdim olunub.
Görüşdə Azərbaycan və Koreya arasında mövcud dostluq əlaqələrindən söhbət açılmışdır. Qonaqlar hər iki ölkənin muzeyləri arasında qarşılıqlı əməkdaşlıq əlaqələri və perspektivləri, gələcəkdə səyyar sərgilərin təşkili ilə bağlı planları müzakirə etmişlər.
Nailə Vəlixanlı cənab səfir Kim Çanq-gyuya işgüzar dəvət üçün öz təşəkkürünü bildirib və gələcəkdə bu xoşməramlı əlaqələrin genişlənməsi üçün çalışacağını söyləyib.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.