XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
21 İyul, 2016
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarının iştirakı ilə regional təlimlərə start verilib

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı və Milli Azərbaycan Tarix Muzeyinin mütəxəssislərin iştirakı ilə, iki müəssisə arasında imzalanmış anlaşma memorandumuna əsasən regionlarda üzrə keçiriləcək ilk təlimlər başlanıb.


19 iyul 2016-cı il tarixində Tərtər rayonunun Heydər Əliyev Mərkəzində 12 rayonu təmsil edən Tarix və Tarix–Diyarşünaslıq Muzeyləri işçilərinə “Tarix və Tarix Diyarşünaslıq Muzeylərində fond və ekspozisiya işinin təşkili” adlı təlim keçirilib.

Respublikanın bütün regionlarını əhatə edəcək ilk təlimdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi fond işləri üz­rə direktor mü­a­vi­ni-baş mühafiz, tarix üzrə fəlsəfə doktoru Məhfuzə Zeynalovа, Muzeyin Silahlar və Bayraqlar fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru Sevinc Vahabova geniş məruzələrlə çıxış etmişlər.

Tədbirin əsas hədəfi fond və ekspozisiya işinin səmərəli və müasir tələblərə uyğun təşkilidir. Təlimçilər tərəfindən sözügedən istiqamətdə beynəlxalq təcrübə habelə mövcud qanunvericilik haqqında geniş məruzələr edilmişdir.

Təlimin sonunda muzeylərdə müşayət olunan problemlər haqqında iştirakçılar arasında geniş fikir mübadiləsi aparılmışdır. Mövzu üzrə ixtisaslaşmış alimlərlə mütəmadi görüşlərin təşkili, Tarix-Diyarşünaslıq Muzeylərinin işində müsbət əks olunacağı fikiri bildirən tədbir iştirakçıları sözügedən təlimlərin gələcəkdə də davam olunmasının zəruriliyini qeyd etmişlər.

Yuxarıda qeyd olunan əməkdaşlıq memorandumuna əsasən yerlərdə təlimlərin təşkili ilə yanaşı, muzey işinə həsr olunmuş birgə metodiki vəsaitlərin hazırlanması da nəzərdə tutulur.


Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/