Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Əli Fərhadov 27.07.2016 tarixində Mədəniyyət TV-də “Maarifçilik işığında” verilişinin qonağı olmuşdur.
Verilişdə “XIX əsrin sonu – XX əsrin əvvəllərində İrəvan ziyalıları” mövzusunda çıxış edən Əli Fərhadov İrəvanda fəaliyyət göstərən gimnaziya və seminariyalar, azərbaycanca tamaşaya qoyulan pyeslər, nəşr olunan kitablar haqqında məlumat vermişdir. Muzey əməkdaşı XX əsrin əvvəlində İrəvanda çap olunmuş və MATM-də mühafizə olunan “Lək-lək”, “Bürhani-həqiqət” kimi mətbu orqanları və əməkdaşları, C.Məmmədquluzadə, F.Köçərli kimi İrəvanda pedaqoji işlə məşğul olan ziyalılar, erməni əlifbası ilə azərbaycanca yazan V.Madatov, X.Abovyan kimi erməni yazıçıları, yerli mütərəqqi maarifçi din xadimləri haqqında geniş izahat vermiş və İrəvan türk mədəniyyətinin təbliğinin əhəmiyyətini qeyd etmişdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.