2016-cı il 28 iyul tarixində İraqın Kərbəla şəhərindəki İmam Hüseyn Muzeyinin rəsmi nümayəndəsi Alaa Ahmed Dheaaddin Milli Azərbaycan Tarixi Muzeyini ziyarət etmişdir.
O, Hacı Zeynalabdin Tağıyevin ev muzeyi ilə və Azərbaycan tarixi mövzusundakı məlumatlarla tanış olmuşdur.Bələdçi Xədicə Hüseynova hörmətli qonağı muzey ilə tanış etmiş, maraqlandığı mövzular haqqında ətraflı məlumat vermişdir. Muzeydə muhafizə olunan islam dininə aid olan eksponatlar A.A. Dheaaddinin daha çox diqqətini çəkmiş, bu materiallar əsasında xüsusi çəkiliş aparılmışdır.Ekskursiyanın məqsədi Milli Azərbaycan Tarixi Muzeyində qorunan islam dininə aid eksponatlar haqqında proqram hazırlayıb iraqlı tamaşaçıları Azərbaycanda islam dininin tarixi ilə tanış etmək olmuşdur.Ziyarətin sonunda hörmətli qonaq muzeyin direktoru akademik Nailə xanım Vəlixanlıya üzərində İmam Hüseyn Muzeyinin loqosu olan hədiyyə təqdim etmişdir.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.