Almaniyanın Incəsənət və Dini Mədəniyyəti Muzeyinin direktoru Anya Şöne Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib.
Telgete şəhərində yerləşən bu muzey dünyada mədəniyyətlərarası dinin təbliği və tədqiqi fəaliyyəti ilə məşğul olur.
Muzeyin qonağı olan direktor Anya Şöne dövlətlər arasında mədəni-irsi əlaqələrin genişlənməsi haqqında söhbət açdı və bildirdi ki, Azərbaycan multikulturalizmə dəyər verən ölkədir. Burada dini azadlığın yüksək səviyyədə təmin olunması, Azərbaycanda fəaliyyət göstərən bütün dinlərin nümayəndələrinə bərabər şəraitin yaradılmasına xüsusi diqqət yetirirlir. Danışıqda həmçinin gələcəkdə muzeylər arasında elmi-praktiki konfrans və sərgilərin təşkil edilməsi məsələləri müzakirə edilib.
Sonra qonaqlar Muzeyin ekspozisiya zalları ilə tanış olublar və H.Z.Tağıyevin xatirə muzeyi onların xüsusi marağına səbəb olub. Almaniyalı qonaqlar Muzeydən xoş təəssüratlarla ayrılıblar.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.