Azərbaycan−Çin Hökumətlərarası İqtisadi Komissiyanın VI iclasının keçirilməsi ilə bağlı ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının Kommersiya nazirinin müavini Çyan Kemin və nümayəndə heyəti bu gün Milli Azərbaycan Tarixi Muzeyində olublar.
Qonaqları Muzeyin Ekspozisiyanın Təhkükəsizlik üzrə direktor müavini Həbibə Əliyeva qarşılayaraq, onları muzeydə görməkdən məmnun olduğunu bildirib. Muzeyin bələdçisi qonaqlara tariximizin ən qədim dövrdən bü günə qədər əks etdirdiyi ekspozisiya zallarına ekskursiya apardı və onları maraqlandıran suallara ətraflı cavablandırdı.
Neft milyonçusu, xeyriyyəçi H.Z.Tağıyevin ev mülkündə yerləşən şərqlə qərbin memarlıq üslubunu özündə əks etdirən muzey binası və xüsusilə, möhtəşəm Şərq və Avropa zalları çinli qonaqların böyük marağına səbəb olub.
Sonda qonağa muzeyin inciləri – kataloq, bukletlər hədiyyə olunub və xatirə şəkli çəkdirilib.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.