XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
31 Avqust, 2016
Muzey əməkdaşının məqaləsi nəşr olunmuşdur

Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Əli Fərhadovun "Azərbaycan sufi mütəfəkkirlərinin yaradıcılığında multikulturalizm" adlı məqaləsi “Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” adlı beynəlxalq konfransın materialları: (Bakı – 8-9 sentyabr 2016) toplusunda dərc olunmuşdur.


Məqalədə dini tolerantlıq və multikultural baxış Nəsimi, Füzuli, Xətai, Yəhya Şirvani, Nigari kimi klassik Azərbaycan sufiləri, o cümlədən Bakı qazısı əl-Bakuvi kimi mütəfəkkirlərin əsərləri əsasında təqdim edilmiş, multikulturalizmin Azərbaycan mədəniyyəti tarixinin ayrılmaz hissəsi olduğu nümunələrlə göstərilmişdir.

 

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/