Avqustun 29-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Dini radikalizm və xurafat – bir medalın iki üzü” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
Tədbirdə DQİDK-nın, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ), Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) nümayəndələri, media təmsilçiləri, eləcə də ilahiyyatçılar, ziyalılar və gənclər iştirak ediblər. Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Əli Fərhadov da bu tədbirdə iştirak etmiş və tarix boyu dini radikalizm təhlükəsinin fəsadları və azərbaycançılığın təbliğinin əhəmiyyəti mövzusunda çıxış etmişdir.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.