Sentyabrın 1-i Azərbaycanın məşhur xeyriyyəçi və neft milyonçusu Hacı Zeynalabdin Tağıyevin vəfatı günüdür. H.Z.Tağıyevin 92-ci ildönümü münasibətilə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, muzeyin bir qrup əməkdaşı və H.Z.Tağıyev nəslinin nümayəndələri mərhumun Mərdəkandakı məzarını ziyarət etmişlər.
Tədbirdə t.ü.f.d. Firdovsiyyə Əhmədova, t.ü.f.d. Fərhad Cabbarov və başqa elm adamları iştirak etmişlər. Tanınmış xeyriyəçinin xatirəsi yad edilib və onun faəliyyəti ilə bağlı mühüm məqamlardan söhbət açılıb. Ölkəmizin aparıcı muzeylərindən olan AMEA Milli Azərbaycan Tarixi Muzeyi Hacı Zeynalabdin Tağıyevin 1895-1897-ci illərdə tikdirdiyi mülkündə yerləşir.Millətin atası sayılan H.Z.Tağıyev XIX əsrin sonu XX əsrin əvvəllərində neft dalğası ilə yüksələn Azərbaycanın tanınmış və hörmətli neft maqnatlarından biri olub. O, hədsiz ictimai, maarifçilik və xeyriyyəçilik fəaliyyəti ilə əsl ümumxalq sevgisini qazanmışdı. Bu mərhəmətli şəxsin fövqəladə müdrikliyi, parlaq diplomatik bacarığı və çox güclü şəxsi keyfiyyətləri bu gün də insanı ona heyran olmağa vadar edir. H.Z.Tağıyev sağlığında inqilabdanöncəki Bakının işgüzar həyatında mühüm yer tutan bütün etnik qruplar arasında inkaredilməz nüfuza malik idi. Təsadüfi deyil ki, o zaman Bakıda fəaliyyət göstərən müsəlman, rus, erməni və yəhudi xeyriyyə cəmiyyətləri Tağıyevi özlərinin fəxri sədri seçmişdi. Bu insanın həyat yolu bizi bir daha əmin edir ki, həyatda uğur qazanmaq üçün ən əsas şey özünə, Vətəninə inam və şübhəsiz ki, öz üzərində daima çalışmaqdır. H.Z.Tağıyev 1924-cü il sentyabr ayının 1-də Mərdəkanda vəfat etmiş, Axund Əbuturab məqbərəsində dəfn edilib.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.