Milli Azərbaycan Tarixi Muzeyi milli sərvətlərimizin qorunması və bərpasında mühüm missiyanı həyata keçirir. İllər ərzində Muzeyin Bərpa Laboratoriyası tərəfindən minlərlə eksponat bərpa olunub həyata qaytarılıb.
Bu yaxınlarda bərpaçılar tərəfindən etnoqrafik materiallar - milli geyimlər bərpa olunub əvvəlki görkəminə qaytarılıb. Bərpa olunan eksponatlar Etnoqrafıya fondunda qorunan və Ekspozisiyada nümayiş olunan milli geyim nümunələrindən olan arxalıq və tumanlardır. XIX əsrə məxsus Qarabağ, Bakı, Naxçıvan bölgələrində istifadə olan milli geyimlərimiz zamanın təsirindən pis vəziyyətə düşmüş və öz keyfiyyətini itirmişdir. Parçanın üzəri süzülüb, yırtılıb və sapları çürüyüb sökülmüşdür. Muzeyin bərpaçıları ciddi zərər görmüş eksponatları canlandırıb onları əvvəlki görkəminə qaytarmışlar. Arxalıq və tumanlar gözəmə üsulu ilə bərpa və konservasiya olunb. Milli geyimlərin bəzək elementləri bərpa olunub öz estetik görkəminə qaytarılıb. Azərbaycanın milli mədəni irsinin qorunmasında və təbliğində milli geyimlərimizin bərpa və konservasiyası mühüm əhəmiyyətə malikdir
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.