XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
06 Sentyabr, 2016
İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinter Milli Azərbaycan tarixi Muzeyini ziyarət edib

09.05.2016-cı il tarixində  ölkəmizdə səfərdə olan İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinter başçılıq etdiyi nümayəndə heyəti ilə Milli Azərbaycan Tarixi Muzeyində olub.


Qonaqlar Muzeyin ən qədim dövrdən bu günə kimi tariximizi əks etdirən ekspozisiya zalları ilə tanış olublar. Yəhudi qonaqlar Azərbaycanın ulu keçmişini əks etdirən eksponatlar haqqında ətraflı məlumat alıb və ekspozisiyada yəhudilərə aid bölmə onların xüsusi marağına səbəb olub. H.Z.Tağıyevin xatirə muzeyinə də ekskursiya edən qonaqları maraqlandıran suallar ətraflı cavablandırlımışdır. Sonda YİF Prezidenti Herbert Vinter direktor, akademik Nailə Vəlixanlıya muzeylə tanışlıqdan məmnun olduğunu bildirmişdir.

 

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/