XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
06 Sentyabr, 2016
2016-cı ilin I yarısında Muzeydə Multikulturalizm üzrə bir sıra tədbirlər keçirilmişdir

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016-cı il tarixli sərəncamı ilə bu il multikulturalizm ili elan edilmişdir. Bu sərəncama uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasına müvafiq tədbirlər keçirmək  tapşırılmış, bu da Muzeyin “Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsi”nin həmin sahədə işini müəyyənləşdirmişdir.


Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu ilə birgə layihə əsasında planlı şəkildə il ərzində mövzu ilə əlaqəli silsilə seminarlar  Muzeyin direktoru, akademik Nailə Vəlixanlı ve şöbə müdürü t.ü.f.d. Zərifə Dulayevanın ümumi rəhbərliyi altinda keçirilməyə başlamışdır. Fevralın 21-də keçirilmiş seminar ilə bu işə start verilmişdir. Seminarda  şöbənin elmi işçisi Ə.Fərhadov "Azərbaycan: multikulturalizm, sülh və dialoq nümunəsi" məruzə ilə çıxış etmişdir. Mart ayının 14-də keçirilən seminarın mövzusu “Azərbaycanın ədəbi fikir tarixində tolerantlıq və multikulturalizm ideyaları” olmuşdur. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Dr. N.Qasımzadə bu mövzuda tələbələr və elmi heyət qarşısında məruzə etmişdir. Həmin ayın 30-da “Azərbaycanın dini fikir tarixində tolerantlıq və multikulturalizm ideyaları” mövzusu üzrə keçirilən seminarda “Azərbaycan multikulturalizminin dini qaynaqları (Mir Məhəmməd Kərim əl-Bakuvi nümunəsi)” adlı məruzə ilə Ə.Fərhadov çıxış etmiş, Bilik Fondunun nümayəndəsi V.Rzayev də seminarda məruzə etmişdir. Apreldə ayının 18-də “Dünya ölkələrində multikulturalizm modelləri” mövzusunda tələbələr və elmi heyət qarşısında keçirilən seminarda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Dr.R.İlyasov məruzə etmişdir. Aprel ayının 26-da “Azərbaycanın ictimai-fəlsəfi fikir tarixində tolerantlıq və multikulturalizm ideyaları” mövzusu üzrə keçirilən seminarda tələbələrə “Azərbaycan mütəfəkkirlərinin yaradıcılığında tolerantlıq və dini islahatçılıq mövzusu”(XIX-XXəsrin əvvəlləri) mövzusunda Ə.Fərhadov məruzə oxunmuşdur. May ayının 16-da “Azərbaycanda multikulturalizm: tarixi, mahiyyəti və əsas xüsusiyyətləri” mövzusunda keçirilən seminarda Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin əməkdaşları R.Həsənov və S.Hüseynov “Multikulturalizmin mahiyyəti və hüquqi əsasları”, “Xarici əlaqələr və elmi-kütləvi iş” şöbəsinin kiçik elmi işçisi Z.Cəlilova “Multikulturalizm mövzusu çərçivəsində erməni ziyalılarının  yaradıcılığında azərbaycanlılara münasibət (XIX əsrin sonu XX əsrin əvvəlləri” adlı məruzələr ilə çıxış etmişlər. İyun ayının 9-da “Multikulturalizmin Azərbaycan modeli, etnik-milli müxtəliflik və Azərbaycan Respublikasının Multikulturalizm siyasəti” mövzusu üzrə  keçirilən seminarda şöbənin aparıcı elmi işçisi, t.ü.f.d. B.Kərimov “Azərbaycanda milli azlıqlar siyasətində multikulturalizm” adlı məruzə ilə, şöbənin elmi işçisi Ə.Fərhadov “Azərbaycan sufi mütəfəkkirlərinin yaradıcılığında multikulturalizm” adlı məruzə ilə, şöbənin kiçik elmi işçisi F.Ağayev isə “Azərbaycan multikulturalizmi: tarix və müasirlik (rus icması)” adlı məruzə ilə çıxış etmişdir. Seminarlarda orta məktəb şagirləri ilə yanaşı Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Odlar Yurdu Universitetinin, Xəzər Universitetinin, Bakı Ali Neft Məktəbinin və s. ali məktəblərin tələbələri də aktiv iştirak etmişdirlər. Şöbə əməkdaşları Prezident İlham Əliyevin sərəncamını əsas tutaraq, Azərbaycanda multikulturalizm ənənəsini geniş təşviq etmək məqsədi ilə muzeydən kənar bir sıra tədbirlər də keçirmişlər. Belə ki, şöbə əməkdaşı Ə.Fərhadov 28 apreldə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “XIX – XX əsrin əvvəllərində Azərbaycanda dini multikulturalizm” mövzusunda, 13 iyunda Bakı Slavyan Universitetində keçirilən “Sosial və internet mediada gənclərin multikulturalizmlə bağlı maarifləndirilməsi” mövzusunda keçirilən seminarda “Orta əsrlər Azərbaycan düşüncəsində multikulturalizm və təsirləri” adlı məruzələrlə çıxış etmişdir. Muzey əməkdaşlarından Ə.Fərhadovun "Azərbaycan sufi mütəfəkkirlərinin yaradıcılığında multikulturalizm" adlı məqaləsi və Z.Cəlilovanın “Multikulturalizm mövzusu çərçivəsində erməni ziyalılarının  yaradıcılığında azərbaycanlılara münasibət (XIX-XX əsrin əvvəllərində”) adlı məqaləsi “Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” adlı beynəlxalq konfransın materialları: (Bakı – 8-9 sentyabr 2016) toplusunda dərc olunmuşdur. 

 

Multikulturalizmlə əlaqəli tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

 

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/