XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
08 Sentyabr, 2016
Muzey əməkdaşı AMEA Mərkəzi Elmi Kitabxanasında keçirilən beynəlxalq konfransda çıxış etmişdir

AMEA Mərkəzi Elmi Kitabxanasında “Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” adlı beynəlxalq konfrans keçirilmişdir. Konfransın təşkilatçıları AMEA Nəsimi adına Dilçilik İnstitutu, Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzidir.


Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Əli Fərhadov konfransda "Azərbaycan sufi mütəfəkkirlərinin yaradıcılığında multikulturalizm" adlı məruzə oxumuşdur. Məruzədə dini tolerantlıq və multikultural baxış Nəsimi, Füzuli, Xətai, Yəhya Şirvani, Nigari kimi klassik Azərbaycan sufiləri, o cümlədən Bakı qazısı əl-Bakuvi kimi mütəfəkkirlərin əsərləri əsasında təqdim edilmiş, multikulturalizmin Azərbaycan mədəniyyəti tarixinin ayrılmaz hissəsi olduğu nümunələrlə göstərilmişdir.

Ə.Fərhadovun məruzəsi “Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” adlı beynəlxalq konfransın materialları: (Bakı – 8-9 sentyabr 2016) toplusunda dərc olunmuşdur.


Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/