Milli Azərbaycan Tarixi Muzeyinin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədov Xəzər Universitetinin Tarix və arxeologiya departamentində keçirilmiş “Hərbi döyüşdə qələbə və məğlubiyyəti təmin edən amillər: tarix və müasirlik” mövzusunda seminarda iştirak etmişdir.
Seminarın əsas məqsədi hərb tarixinin öyrənilməsinin vacibliyini vurğulamaq, tarix dərslərinin əsasında müasir dövrdə lazım olan nəticələri çıxarmaq bacarıqlarını yeni nəslə aşılamaq olmuşdur. Seminarı departamentin müdiri, t.ü.f.d. Roza Arazova aparırdı. Seminarda tarixçi-şərqşünas, t.ü.e.d. Fərda Əsədov, departamentin müəllimi Orxan Zamanov, və departament müdirinin assistenti Akifə Cəfərli çıxış etdilər. Seminar iştirakçıları hərbi döyüş və müharibələrə təsirləri olan və nəticələrini müəyyən edən amilləri müzakirə etdilər. Müharibə nəticəsinin qələbə və məğlubiyyətlə bitməsinə onların sistemli şəkildə birləşdirilimiş təsirlərinin önəmli olması qeyd edildi. Zaman keçdikcə qələbəyə təsiri olan amillər münasibətinin müəyyən dərəcədə dəyişməsi müzakirə edildi. Köçəri və oturaq həyat tərzi olan xalqlarda bu münasibətlərin müxtəlif olması qeyd olundu. Daha yaxından ərəblərin və monqolların zəfərli hərbi əməliyyatları müqayisə edildi və nəticə etibarı ilə hər birinin yeni ordu quruculuğu və hərbi taktika sahibi olması həlledici qələbə amili kimi qeyd edildi.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.