Azərbaycan Respublikasının Avropa Şurasının üzvü olduğu dövrdə ölkəmizin müəyyən etdiyi prioritetlətindən biri də mədəni irdin qorunması və təbliğidir. Bu mənada Avropa qitəsində mədəni müxtəlifliyin təşviq edilməsi istiqamətində ölkəmiz “Avropa İrs Günləri” layihəsi üzrə bir sıra mühüm tədbirləri həyata keçirir.
Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi olan Avropa İrs Günləri hər il sentyabr ayında qeyd olunur. Layihə maarifləndirici kampaniyalar, açıq qapı günləri, folklor gecələri, rəsmi açılışlar və etnoqrafik şənliklər formasında qeyd olunur. Layihənin əsas məqsədi yerli, əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini təmin etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətinin cəlb olunması və milli mədəni irsin təbliğidir.
Bu kampaniya çərçivəsində AMEA Milli Azərbaycan Tarixi Muzeyində 16, 17 sentyabr tarixlərində Açıq qapı günləri təşkil olunub. Muzeyin rəhbərliyi tərəfindən iki gün ərzində ziyarətçilərə ödənişsiz giriş və ekskursiya tam təmin edilmişdir. Bu gündən başlanan aksiyada Muzeyi yerli və xarici vətəndaşlar pulsuz ziyarət edə biliblər.
Təşkil olunan xeyriyyə kampaniyasından razı qalan ziyarətçilər, aksiyadan səmərəli yararlandıqlarına görə onlara bu imkanı yaradan təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, sabah 17 sentyabrda keçirilən aksiyanın sonuncu günüdür və muzey öz tamaşaçılarını pulsuz qəbul edəcək.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.