Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə 15.09.2016-cı il tarixində Göyçay rayon Ləkçıplaq kənd 1 saylı orta məktəbində “Heydər Əliyev və Azərbaycan” mövzusunda mühazirə keçirilmişdir.
Mühazirədə Göyçay rayon İcra hakimiyyəti Humanitar şöbəsinin müdiri Rəxşəndə Rəcəbova, rayon təhsil şöbəsinin əməkdaşı Afət İbrahimova, R.Rza muzeyinin direktoru Solmaz Həsənova, Ləkçıplaq kənd 1 saylı orta məktəbinin direktoru Sevda Vəliyeva və müəllim-şagird heyəti iştirak etmişdir. Mühazirəni Milli Azərbaycan Tarixi Muzeyinin “Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsi”nin aparıcı elmi işçisi Nardanə Yusifova aparmışdır. Mühazirə Heydər Əliyev ideyalarının, onun təhsildə, mədəniyyətdə, ümumiyyətlə azərbaycançılıq baxımından gənc nəslin yetişməsindəki əhəmiyyətinə həsr edilmişdir. Sonda iştirakçılar mühazirəçiyə onun fəailiyyət göstərdiyi Milli Azərbaycan Tarixi Muzeyi ilə bağlı müxtəlif səpgili suallar vermişlər. Mühazirəçi sualları muzey haqqında hazırladığı slaydlarla əhatəli olaraq cavablandırmışdır. Nardanə Yusifova bir muzey əməkdaşı olaraq Göyçay rayon Diyarşünaslıq və R.Rzanın ev muzeyini ziyarət etmişdir. Muzeylərlərin rəhbərlikləri tərəfindən N.Yusifova qarşılıqlı əlaqələr yaratmaq təklifi irəli sürülmüşdür.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.