Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası tərəfindən çap olunan “Azərbaycan tarixçilərinin elmi əsərlərində hərbi məsələlər” kitabın (Bakı, 2016, 120 s.)
ön sözünün müəllifi Hərbi Akademiyanın rəisi, general-leytenant Heydər Piriyev, tərtibçisi tarix elmləri doktoru Nurulla Əliyev, elmi redaktoru tarix elmləri doktoru Mehman Süleymanovdur.Kitabın tərtibçisi N.Əliyev Vətən tarixşünaslığında ilk dəfə olaraq Azərbaycan tarixçilərinin hərb tarixi məsələlərinə həsr olunmuş elmi monoqrafiya və məqalələrini toplamışdır. Burada sırf hərb tarixçiləri kimi tanınan tədqiqatçıların elmi əsərləri ilə bərabər Azərbaycan tarixinin müxtəlif aspektləri (siyasi, iqtisadi, dövlətçilik) üzrə mütəxəssis olan tədqiqatçıların əsərləri də yer almışdır. Kitabda materiallar təqdim edilərkən “dil prinsipi” əsas götürülmüşdür, yəni Azərbaycan, türk, rus, ingilis, fars, fransız, çin, yapon, puştu, türkmən, ukrayna dillərində olan elmi əsərlər ayrıca paraqraflar şəklində təqdim edilir. Eyni zamanda, kitabda yalnız fərdi müəlliflər deyil, elmi kollektivlərin yaratdıqları əsərlər də göstərilmişdir. Tərtibçi Azərbaycan tarixçünaslğında 1129 adda elmi əsər müəyyən etməyə müvəffəq olmuş və onları kitabda göstərmişdir. Faktiki olaraq, XX əsr ərzində və müasir dövrdə fəaliyyət göstərən bütün tarixçilərin hərb tarixi ilə bağlı elmi işləri bir kitabda öz əksini tapmışdır. Beləliklə, təqdim edilən kitab Azərbaycan hərb tarixi ilə məşqul olan, onun müxtəlif dövr və hadisələrini araşdıran tədqiqatçılar, həmçinin Azərbaycan tarixinın şanlı səhifələri ilə maraqlanan şəxslər üçün ətraflı biblioqrafik göstərici rolunu oynayacaq. Kitabın redaktoru Sədi Nuriye, redaksiya heyəti - texnika üzrə fəlsəfə doktoru, dosent Elşən Həşimov, tarix elmləri doktoru, professor Pərvin Dərabadi, tarix elmləri doktoru Qasım Hacıyev, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.