Sentyabrın 22-də AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının iclası keçirilmişdir. İclasda Rusiya Dövlət Ermitajında 26-29 sentyabr tarixlərində keçiriləcək II Beynəlxalq Şərq numizmatikası konfransının proqramına A.Akopyanın və P.Petrovun “Şərqi Ermənistan xanlıqlarında (İrəvan, Naxçıvan, Qarabağ, Gəncə) sikkə işi (1747-1827)” adlı məruzəsinin daxil edilməsi ilə bağlı Ermitajın direktoru M.B.Piotrovskiyə və konfransın təşkilat komitəsinə müraciət qəbul olunmuşdur.
Müraciətdə saxta erməni iddialarına söykənən məruzə müəlliflərinin qondarma “Şərqi Ermənistan” adı altında əzəli Azərbaycan torpaqlarını təqdim etməsinə etiraz bildirilmişdir. Sənəddə qeyd olunmuşdur ki, bu cür iddialar tarixi həqiqətə, ilk mənbələrə ziddir və növbəti erməni təxribatının bariz nümunəsidir. Müraciətdə Elmi Şuranın üzvləri A.Akopyanın və P.Petrovun məruzəsinin konfransın proqramından çıxarılmasını tələb etmişlər.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.