XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
27 Sentyabr, 2016
Milli Azərbaycan Tarixi Muzeyi “ADEX- 2016” sərgisində iştirak edir

AMEA Milli Azərbaycan Tarixi Muzeyi 27-30 sentyabr tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək 2-ci Azərbaycan Beynəlxalq Müdafiə “ADEX-2016” sərgisində iştirak edir.


Qeyd etmək lazımdır ki, sərgidə 34 ölkəni təmsil edəcək 216 şirkət, 19 ölkədən 25 rəsmi nümayəndə heyətin iştirak edir.İki il əvvəl olduğu kimi, Milli Azərbaycan Tarixi Muzeyi bu il keçiriləcək sərgidə fəal iştirak edir. Belə ki, Muzeyə ayrılmış ekspozisiya sahəsində 50-dən artıq tarixi eksponat, banner, rəsm əsəri, manekenlər nümayiş olunur. Sərgidə göstərilən bir tam ölçülü atlı manekeni, dörd ədəd piyada döyüşçü manekeni, eləcə də vitrinlərdə unikal odlu və soyuq silahlar tarixən Azərbaycanda silah istehsalının yüksək səviyyədə olmasını nümayiş etdirilir. Sərgidə həmçinin “XVI əsr Səfəvi silah emalatxanası” miniatürünün iriölçülü təsviri, “XIX əsrdə silah və əntiq əşyalar dükanı” fotoşəklinin iriölçülü fotosurəti təqdim edilir. Muzeyin ekspozisiyasının qurulmasında Muzeyin direktoru, akademik Nailə Vəlixanlının bilavasitə rəhbərliyi ilə t.ü.f.d. Səbuhi Əhmədov, t.ü.f.d. Sevinc Vahabova, muzey direktorunun müavini Əli Məhərrəmovun rəhbərlik etdiyi muzeyin tərtibat qrupu iştirak edir.

 

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/