XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
27 Sentyabr, 2016
Çin Xalq Respublikasının Şansi əyalətinin nümayəndə heyəti Milli Azərbaycan Tarixi Muzeyinin qonağı olmuşdur

24.09.2016-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə respublikamızda qonaq olan Çin Xalq Respublikasının Şansi əyalətinin nümayəndə heyəti Milli Azərbaycan Tarixi muzeyinin qonağı olmuşdur.


Muzeyin əməkdaşı Günay Gülməhəmmədova qonaqlara Azərbaycan tarixinin müxtəlif dövrləri barədə ətraflı məlumat vermiş,qonaqları maraqlandıran sualları cavablandırmışdır.Qonaqlar rəy kitabında öz təəssüratlarını bölüşüblər.