XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
27 Sentyabr, 2016
Milli Azərbaycan Tarixi Muzeyində multikulturalizm üzrə növbəti tədbir keçirildi

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 2016-cı ili Multikulturalizm ili elan etməsi ilə əlaqədar olaraq sentyabr ayının 27-də Milli Azərbaycan Tarixi Muzeyində Bilik Fondunun dəstəyi ilə “Azərbaycan multikulturalizminin dini-publisistik qaynaqları (XIX-XX əsrin əvvəlləri)” mövzusu üzrə  növbəti seminar keçirildi.


Tədbirdə Muzeyin elmi işlər üzrə direktor müavini t.ü.e.d. Nərgiz Əliyeva, “Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsi”nin müdiri Zərifə Dulayeva, Bakı Uşaq Musiqi Məktəbinin müəllim-tələbə heyəti, Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri, Səbail rayonu 6 nömrəli məktəb-liseyin müəllim və şagirdləri, muzey əməkdaşları da  iştirak etmişdir.Tədbiri giriş sözü ilə açan Muzeyin direktor müavini t.ü.e.d. Nərgiz Əliyeva multikulturalizm tədbirinin mahiyyəti haqqında məlumat verdi.Daha sonra “Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsi”nin elmi işçisi Əli Fərhadov başda direktor, akademik Nailə xanım Vəlixanlı olmaq üzrə muzey rəhbərliyinə öz təşəkkürünü bildirdi və  mövzu üzrə məruzə ilə çıxış etdi.Məruzədə XIX-XX əsrin əvvəllərində Azərbaycanda yaşamış şeyxülislamların, Əl-Bakuvi və Əbdülbəha kimi mütərəqqi ruhanilərin, M.Kazımbəy kimi şərşünasların publisistik yaradıcılığı və muzeydə mühafizə olunan dövrün “Əkinçi”, “Həyat” və s. mətbu orqanlar əsasında  multikulturalizm mövzusu təqdim edildi.Tədbirin sonunda iştirakçıların sualları cavablandırıldı və bu kimi tədbirlərin gələcəkdə də davam etdiriləcəyi qeyd edildi.

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/