Qeyd etdiyimiz kimi, AMEA Milli Azərbaycan Tarixi Muzeyi 27-30 sentyabr tarixində Bakı Ekspo Mərkəzində keçirilən 2-ci Azərbaycan Beynəlxalq Müdafiə “ADEX-2016” sərgisində iştirak edir.
50-dən artıq tarixi eksponat, banner, rəsm əsəri, manekenlər nümayiş olunan Muzeyin pavilyonu əyani olaraq sübut edir ki, Azərbaycanda silah istehsalı tarixən yüksək səviyyədə olmuşdur.Sərgiyə gələn qonaqlarda tarixi eksponatlar böyük maraq doğurur. Onlar Azərbaycan tarixi silahları, bədii metalişləmə ənənələri ilə maraqlanırlar. Qonaqların suallarını Muzeyin Silahlar və bayraqlar fondunun müdiri, t.ü.f.d. Sevinc Vahabova və Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin əməkdaşı Nərmin Bağırova cavablandırırlar. Qonaqlara muzeyin nəşr etdirdiyi və Azərbaycanın silahlarına hərs olunmuş kataloqlar paylanılır.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.