XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
28 Sentyabr, 2016
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Muzeyin pavilyonu ilə tanış oldu

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Milli Azərbaycan Tarixi Muzeyinin 2-ci Azərbaycan Beynəlxalq Müdafiə “ADEX-2016” sərgisində qurulmuş pavilyonu ilə tanış oldu.


Dövlət başçısını  salamlayan Muzeyin direktoru, akademik Nailə Vəlixanlı Prezidentə pavilyonda nümayiş etdirilən tarixi eksponatlar haqqında məlumat verdi. O, qeyd etdi ki, Muzeydə toplanmış eksponatlar əyani olaraq sübut edirlər ki, Azərbaycanda silah istehsalı tarixən yüksək səviyyədə olmuşdur.N.Vəlixanlı Azərbaycan tarixinin, o cümlədən hərb tarixinin təbliği istiqamətində Muzeyin gördüyü işlə haqqında məlumat verdi, Muzeyin müvafiq elmi nəşrlərinin nümayiş etdirdi. Dövlət başçısı Muzeyin pavilyonu ilə tanış oldu, burada nümayiş olunan eksponatlarla maraqlandı. Prezident böyük əhəmiyyət kəsb edən sərgidə Tarix Muzeyinin iştirakından məmnun olduğunu bildirdi. İlham Əliyev Azərbaycan tarixinin təbliğində, Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında muzeylərin vacib rol oynadığını xüsusi vurğuladı. Daha sonra o, Azərbaycan xalqının qəhrəmanlıq tarixinin öyrənilməsi və təbliğində Muzeyə uğurlar arzuladı.  

 

 

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/