Qeyd etdiyimiz kimi, AMEA Milli Azərbaycan Tarixi Muzeyi 27-30 sentyabr tarixində Bakı Ekspo Mərkəzində keçirilən 2-ci Azərbaycan Beynəlxalq Müdafiə “ADEX-2016” sərgisində iştirak edir.
50-dən artıq tarixi eksponat, banner, rəsm əsəri, manekenlər nümayiş olunan Muzeyin pavilyonu əyani olaraq sübut edir ki, Azərbaycanda silah istehsalı tarixən yüksək səviyyədə olmuşdur.Sərgiyə gələn qonaqlarda tarixi eksponatlar böyük maraq doğurur. Onu da qeyd etmək lazımdır ki, ekspozisiya ilə daha çox Azərbaycan Ordusunun zabitləri, müxtəlif güc strukturlarının nümayəndələri, hərbi məktəblərin müəllim və müdavimləri maraqlanırlar. Doğrudan da, tarixən böyük qələbələr qazanmış Azərbaycan orduları hər zaman yerli silah ustalarının əl işi olan silahlarla tam təhciz olunurdular. Azərbaycan silahları nəinki ölkəmizdə, onun hüdudlarından kənarda da məhşur idi, müxtəlif dövrlərdə beynəlxalq ticarətin obyektlərindən biri idi. Təsadüfi deyil ki, qədim və orta əsr Azərbaycan silahları dünyanın müxtəlif muzeylərinin inciləri hesab olunur.ADEX-2016 sərgisində nümayiş olunan eksponatlar az da olsa, orta əsr Azərbaycan silahqayırma sənəti ilə tanış olmağa imkan verir.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.