AMEA Milli Azərbaycan Tarixi Muzeyi 27-30 sentyabr tarixində Bakı Ekspo Mərkəzində keçirilən 2-ci Azərbaycan Beynəlxalq Müdafiə “ADEX-2016” sərgisində iştirak etmişdir.
Muzeyə ayrılmış ekspozisiya sahəsində 50-dən artıq tarixi eksponat, banner, rəsm əsəri, manekenlər nümayiş olunmuşdur. Sərgidə göstərilən bir tam ölçülü atlı manekeni, dörd ədəd piyada döyüşçü manekeni, eləcə də vitrinlərdə unikal odlu və soyuq silahlar tarixən Azərbaycanda silah istehsalının yüksək səviyyədə olmasını nümayiş etdirmişdir. Sərgidə həmçinin “XVI əsr Səfəvi silah emalatxanası” miniatürünün iriölçülü təsviri, “XIX əsrdə silah və əntiq əşyalar dükanı” fotoşəklinin iriölçülü fotosurəti təqdim edilmişdir. Sərginin əhəmiyyətini və ona olan marağı nəzərə alaraq tədbirin dördüncü günü “Açıq gün” elan edilib.“ADEX 2016” sərgisini ziyarət edənlər arasında, həmçinin yerli və beynəlxalq mütəxəssislər, hərbi ekspertlər, hərbçilər, eləcə də dövlət strukturlarının və şirkətlərin nümayəndələri, Müdafiə Sənayesi Nazirliyinin sifarişi əsasında Azərbaycan Texniki Universitetində yaradılmış xüsusi texnika və texnologiya fakültəsinin tələbələri ilə yanaşı, gənclər və ictimaiyyətin nümayəndələri də olublar. Tədbirə dörd gün ərzində göstərilən böyük maraq sərginin əhəmiyyətinin göstəricisidir. Yerli və xarici kütləvi informasiya vasitələri də sərgiyə böyük maraq göstərib. Ümumiyyətlə ADEX-2016 sərgisindəki MATM ekspozisiyasında 2500 nəfərdən artıq tamaşaçı olmuşdur.Sərgiyə gələn qonaqlarda tarixi eksponatlar böyük maraq doğurmuşdur.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.