Milli Azərbaycan Tarixi Muzeyində Bərpa şurasının növbəti iclası keçirilib. İclasda müzakirə olunan mövzu dünya standartlarına cavab verə bilən bərpa və konservasiya işlərinə həsr olunub.
Bərpa şurasının sədri Gülşən Hacıyeva, şuranın sədr müavini Təhsib Zəvərli, Elmi fond üzrə direktor müavini, baş mühafiz Məhfuzə Zeynalova və fond müdirləri iştirak ediblər. Burada fondlardan Bərpa laboratoriyasına daxil olan eksponatların bərpası, konservasiyası, mühafizəsi və sərgilənməsi haqqında müzakirələr aparılıb. Laboratoriyada çalışan bərpaçı rəssamlar bərpa etdikləri eksponatlar haqqında şura üzvlərinə ətraflı məlumat veriblər. Burada bərpa və konservasiya işləri müasir tələblərə cavab verən bilik və texnologiyalar istifadə edilməklə həyata keçirilir. Laboratoriyada əsasən xalça, tekstil, saxsı, metal, ağac, zərgərlik sahəsində görülən bərpa və konservasiya işləri diqqətə çatdırlıb. Bərpaçı rəssam Gülşən Hacıyeva rəngkarlıq, qrafika sahəsi üzrə müasir texnologiyaları tətbiq etməklə eksponatların bərpasının vacibliyi və əhəmiyyətindən danışıb. Muzeyin bərpaçı rəssamları tərəfindən fondlarda muhafizə olunan eksponatlara ikinci həyat bəxş edilir və onlar öz əvvəlki görkəminə qaytarılır.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.