Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
Rusiya Dövlət Ermitajının saytında Ermitajın direktoru Mixail Piotrovskinin AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik N.Vəlixanlıya ünvanlandığı məktubun mətni dərc olunmuşdur.
Məktubda hər iki muzey arasında mövcud olan ənənəvi dostluq münasibətlərini yüksək qiymətləndirən M.Piotrovski Sankt-Peterburqda keçirilən beynəlxalq konfransda erməni alimi A.Akopyanın məruzəsinin təhrif olunmuş ad altında təqdim olunmasını anlaşılmazlıq adlandırdı. O, qeyd etdi ki, AMEA Prezidenti akademik A.Əlizadənin və akademik N.Vəlixanlının dəstəyi ilə Azərbaycan alimlərinin konfransda iştirak etməsindən məmnundur və gələcək elmi əlaqələrin inkişaf etdirilməsini dəstəkləyir.Xatırladaq ki, sentyabrın 26-29-da Sankt-Peterburqda, Dövlət Ermitajında islam numizmatikasına həsr olunmuş beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransın proqramına erməni alimi A.Akopyanın İrəvan, Naxçıvan, Qarabağ, Gəncə xanlıqlarının ərazisinin “Şərqi Ermənistan” adı ilə təqdim olunduğu məruzə daxil edilmişdi.Bununla əlaqədar AMEA Milli Azərbaycan Tarixi Muzeyi Dövlət Ermitajına etiraz məktubu göndərmişdir. Etiraz məktubundan sonra məruzənin adından “Şərqi Ermənistan” sözləri çıxarılmışdır. Konfrans vaxtı erməni aliminin təxribatının qarşısını almaq və tarixi həqiqəti auditoriyaya çatdırmaq məqsədilə AMEA Rəyasət Heyəti və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dəstəyi ilə bir qrup alim Sankt-Peterburqa ezam edilmişdir. Nümayəndə heyətinin tərkibinə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri t.ü.e.d., prof. Əli Rəcəbli, AMEA Hüquq və İnsan Hüquqları İnstitutunun elmi işçisi Rizvan Hüseynov və t.ü.f.d. Anar Sadıxov daxildir. Sentyabrın 26-da Azərbaycan nümayəndə heyətinin üzvləri Ermitajın direktoru M.B.Piotrovski ilə görüşmüşlər. M.B.Piotrovski Azərbaycan alimlərinin nüfuzlu elmi tədbirdə iştirakından məmnunluğunu və A.Akopyanın məruzəsinin ilkin adının təşkilat komitəsi ilə razılaşdırılmadığını bildirmişdir. O, həmçinin elmin siyasətə qarışmasının və Qafqaz tarixinin siyasiləşdirilməsinin əleyhinə olduğunu qeyd etmişdir.
Fotoşəkillərə burada baxa bilərsiniz: https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/ |
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.