XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
14 Oktyabr, 2016
AMEA Milli Azərbaycan Tarixi Muzeyi vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir

- Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin müdiri – 1 yer;

- Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin aparıcı elmi işçisi – 1 yer;

Vakant vəzifələri tutmaq üçün elan olunmuş müsabiqədə iştirak etmək istəyən namizədlər minimum olaraq magistr diplomuna malik olmalı və aşağıdakı sənədləri təqdim etməlidirlər:


 

- ərizə;

- 2 ədəd rəngli fotoşəkil (3X4);

- kadrların şəxsi uçot vərəqi;

- əmək kitabçasının surəti (müvafiq qaydada təsdiq olunmuş);

- şəxsiyyət vəsiqəsinin surəti (müvafiq qaydada təsdiq olunmuş);

- ali təhsil haqqında diplomun surəti (müvafiq qaydada təsdiq olunmuş);

- mövcud olduğu təqdirdə elmi dərəcə haqqında diplomun surəti (müvafiq qaydada təsdiq olunmuş).

Qeyd: aparıcı elmi işçi vəzifəsinə sənəd verən namizədlərin elmi dərəcəsinin olması vacibdir.

Sənədlər hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 14.00-dan 15.00-dək qəbul olunur.

Ünvan: 1005, Bakı, H.Z.Tağıyev küçəsi, 4. Əlaqə tel.: (+99412) 598-17-39.