XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
17 Oktyabr, 2016
Muzeydə 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirildi

Muzeydə 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirildi. Milli Azərbaycan Tarixi Muzeyində Bilik Fondunun dəstəyilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən multikulturalizm mövzusunda silsilə seminarlar keçirilməkdədir.


Qarşıdan gələn 18 oktyabr – Dövlət Müstəqilliyi günü münasibətilə Muzeydə 17 oktyabr 2016-cı il tarixində saat 14. 00-da “18 oktyabr – müstəqilliyə və multikultural cəmiyyətə gedən yol” adlı növbəti seminar keçirildi. Tədbirdə MATM-nin direktoru, akademik Nailə Vəlixanlı, elmi işlər üzrə direktor müavini Nərgiz Əliyeva, “Gənc Vətənpərvərlər Birliyi”nin sədri Muğan Əliyev, Muzey əməkdaşları, həmçinin Muzeyin YAP “Azərbaycan Tarixçiləri” ilk ərazi təşkilatının üzvləri, Maliyyə-İqtisad Kollecinin tələbələri iştirak etmişdir.Tədbiri açan akademik Nailə Vəlixanlı 18 oktyabr – Dövlət Müstəqilliyi günü münasibətilə iştirakçıları təbrik etdi və mövzu haqqında məlumat verdi. Sonra Azərbaycan Respublikasının Dövlət Himni oxundu, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra söz “Gənc Vətənpərvərlər Birliyi”nin sədri Muğan Əliyevə söz verildi. Natiq ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpasında oynadığı rol haqqında geniş məlumat verərək, akademik Nailə Vəlixanlını Dövlət Müstəqilliyinin 25 illiy yubileyi münasibətilə fəxri diplomla təltif etdi. Sonra Muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin elmi işçisi Əli Fərhadov “18 oktyabr – müstəqilliyə və multikultural cəmiyyətə gedən yol” mövzusu üzrə məruzə etdi, müstəqillik və multikulturalizmin əlaqəsi, mövzunun gənclər arasında təbliğinin vacibliyi haqqında məlumat verdi.Tədbirin sonunda iştirakçıların sualları cavablandırıldı və bu kimi tədbirlərin gələcəkdə də davam etdiriləcəyi vurğulandı.

 

 

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/