17-18 oktyabr 2016-cı il tarixlərində Gəncə Dövlət Universitetində Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Gənc alimlərin I beynəlxalq elmi konfrası” keçirildi.
Konfransda respublikamızın gənc alimləri ilə yanaşı xarici dövlətlərin ali məktəbləri və elmi müəssisələrinin nümayəndələri də iştirak etdi. Açılış mərasimindən sonra iqtisadiyyat, siyasi elmlər, tarix, dəqiq və təbiət elmləri, filologiya və tərcümə sahələrini əhatə edəcək konfrans ayrı-ayrı bölmələrdə öz işini davam etdirdi. Beynəlxalq konfransda Milli Azərbaycan Tarixi muzeyinin elmi katibi F.Cabbarov “К вопросу о союзе партии "Дашнакцутюн" и армянской церкви в борьбе против российского правительства в 1903 г.” və Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin elmi işçisi E.Dadaşov "Fotomateriallar Şamaxıda törədilmiş 1918-ci il mart soyqrımının öyrənilməsində mənbə kimi (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)" adlı məruzələrlə çıxış etdilər. Hər iki məruzə xüsusi maraqla qarşılanmış, müzakirələr zamanı mövzu ilə bağlı suallar cavablandırılmışdır. Beynəlxalq konfransın məruzələri toplu şəklində çap olunaraq iştirakçılara təqdim olundu.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.