XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
25 Oktyabr, 2016
“Qadın geyim bəzəkləri” sərgisinə hazırlıq işləri davam edir

Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında davamlı sərgilər təşkil olur. Növbəti belə bir  sərgi Azərbaycanın ənənəvi qadın geyim bəzəklərinə həsr olunub.


Sərgidə Milli Azərbaycan Tarixi Muzeyinin 250 eksponatı nümayiş olunacaq. Onların arasında  baş bəzəkləri, düymə və piləklər, ətəklik, yaxaliq və əlçəklər, sancaqlar, kəmərlər, ayaq  geyim  bəzəkləri, tikmələr, toxuma  bəzəklər təqdim olunacaq. Sərgiyə Milli Azərbaycan Tarixi Muzeyinin “Etnoqrafiya”, “Xüsusi” və “Arxeologiya” fondlarının materialları cəlb edilmişdir.