XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
28 Oktyabr, 2016
Milli Azərbaycan Tarixi Muzeyinə bu yaxınlarda yeni eksponat hədiyyə olunmuşdur

Muzeyə 1917-1918-ci illərdə Azərbaycanda Nuri Paşanın komandanlıq etdiyi Qafqaz İslam ordusunun 12-ci alayında çavuş olaraq döyüşmüş Türkiyə vətəndaşı Ahmet Alioğluna məxsus oraq hədiyyə olunmuşdur.


Ahmet Alioğlu 1920-ci ildə Sovet hakimiyyəti qurulduqdan sonra Bakıda əsir olaraq qalmış, sonra isə Türkiyənin Tokat vilayətinin Başçıftlik rayonuna qayıtmışdır. Ahmet Alioğluna məxsus olan orağı muzeyə onun nəticəsi Maşide Memiş Nimet qızı  hədiyyə etmişdir. Oraq metaldandır, dəstəyi taxtadandır. Orağın metal hissəsinin üzərində döymə üsulu ilə nəbati ornamentlər və 1938-ci il tarixi  həkk olunmuşdur. Hazırda bu oraq Türkiyə-Azərbaycan qardaşlıq tarixini əks etdirən dəyərli bir eksponat kimi Hədiyyələr və Xatirə Əşyaları fondunda  qorunub saxlanılır.

 

 

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/