Məlum olduğu kimi, 2016-cı il sentyabrın 26-29-da Sankt-Peterburqda, Dövlət Ermitajında İslam numizmatikasına həsr olunmuş beynəlxalq elmi konfrans keçirilmişdir.
AMEA Rəyasət Heyəti və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dəstəyi ilə bir qrup alim, o cümlədən AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri t.e.d., prof. Əli Rəcəbli konfransa qatılmışdır. Konfransdan sonra Sankt-Peteburq çini qablar fabrikasının sahibi, iş adamı Məzahir Həsənov Azərbaycandan gələn nümayəndə heyyətini rəhbərlik etdiyi fabrikaya dəvət etmişdir. Görüş vaxtı fabrikanın sahibi prof. Əli Rəcəbliyə çini güldan hədiyyə etmişdir. Prof. Əli Rəcəblı ona hədiyyə olunan güldanı Milli Azərbaycan Tarixi Muzeyə təqdim etmişdir. Güldan çini, iki fiqurlu qulpludur, yerliyi ağ və qızıl zolaqlıdır. Üzərində Azərbaycan Respublikasinin ümummilli lider Heydər Əliyevin şəkli, o biri üzundə isə Azərbaycanın gerbi təsvir olunub. Güldanın alt tərəfində fabrikın xüsusi möhürü və “Санкт-Петербургский фарфоровый завод Гасанофф” yazısı var. Eksponat Hədiyyələr və Xatirə Əşyaları fondunda təhvil verilmişdir.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.