Milli Azərbaycan Tarixi Muzeyinin “Xarici əlaqələr və elmi kütləvi iş şöbəsi”nin elmi işçisi Əli Fərhadov Qafqaz Universitetində açılış mərasimi keçirilən “Azərbaycan multikulturalizmi Elmi-Tədris Mərkəzi”nin açılışında və multikulturalizm üzrə keçirilən tədbirdə iştirak etmişdir.
Yeni qurum universitetin ləğv edilən “Qafqaz Araşdırmaları İnstitutu”nun bazası əsasında yaradılmışdır.Tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Qafqaz Universitetinin rektoru Havar Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov məruzələrlə çıxış etmiş, bir çox rəsmi şəxslər və AMEA nümayəndələri, universitet tələbələri də iştirak etmişdir. Rəsmi tədbirdən sonra universitet tələbələrinin iştirakıyla bədii hissə nümayiş etdirilmişdir.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.