XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
03 Noyabr, 2016
Muzey əməkdaşının Rusiyada Qarabağ haqqında erməni təxribatına tutarlı cavabı

Bu ilin sentyabrının sonunda Sankt-Peterburq şəhərində keçirilən şərq numizmatikası üzrə “İCON II” İknci Benəlxalq konfrans ermənilərin təşəbbüsü ilə böyük qalmaqala səbəb ola bilərdi.


Erməni alimi A.Akopyan öz məruzəsində Azərbaycan torpaqlarını “Şərqi Ermənistan” deyə, qələmə vermişdir. Azərbaycanlı alimləri və diaspora nümayəndələrinin səyi nəticəsində bu təxribatın qarşısı alındı. Görkəmli numizmat, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Numizmatika və epiqrafika” elmi-fond şöbəsinin müdiri professor Əli Rəcəbli konfransda iştirak edən xarici alimlərin önündə çıxış edərək, regionun tarixini təfsilatı ilə onlara izah etmişdir. Professorun bir ifadəsi belə yetərli olmuşdur – “Bir azərbaycanlı numizmatı olaraq, bildirirəm ki, Azərbaycanın numizmatikası digər ölkələrin alimləri tərəfindən öyrənilir. Və bizim gənc kolleqamız Aleksandr Akopyan özünü, XVIII-XIX yüzilin əvvəllərində Azərbaycan xanlıqlarının sikkələrinin araşdırmalarına həsr edib.Öz çıxışında Əli Rəcəbli, təkcə sikkə zərbindən deyil, həmdə, məhz numizmatika prizmasınadan çıxış edərək, Azərbaycan xanlıqları tarixinə də toxunmuşdur. Alim qeyd edib ki, Xanlıqlar, şahlığın miniatur bir formasıdır: Oların suveren hökmdar kimi sikkə zərbinə səlahiyyətləri var idi. Lakin bu sikkələr, legitim şahın olmamasına görə, anonim olaraq zərb olunurdu. Dərbənd, Quba, Şəki, Bakı, Şamaxı, Gəncə, Pənahabad, Naxçıvan, İrəvan xanlıqlarında həm gümüş, həm də mis sikkələr zərb olunurdu ( qızıl sikkələrin zərbinə təbii ki, ixtiyarları yox idi).  Talış xanlığının sıkkələri naməlumdur, Bakı və İrəvan xanlığında isə yalnız mis sikkələr zərb olunurdu. Çıxışının sonunda Əli Rəcəbli qeyd edib ki, Azərbaycan xalqı böyük numizmatik mirasa sahibdir. Amma Azərbaycanda pul dövriyyə tarixinin yaşı iki min ildən çox olmasına baxmayaraq, numizmatika elmi özü nisbətən cavandır. Onun əsasını ötən yüzilin birinci yarısında Azərbaycan numizmatikasının inkişafında böyük əməyi olan görkəmli numizmat-kolleksioner professor Yevgeniy Paxomov qoymuşdur.

 

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/