XX əsrin əvvəlində Bakının Şubanı qəsəbəsində bir neçə neft buruğu həmçinin karxana və digər kiçik müəssisələrin sahibkarı olmuş Kəblə Hacıbala Qədir oğlu Hacıyevin qız nəvəsi Kubra xanım Hacıyevanın qızı Fərdanə xanım Abbas qızı İsmayılova tərəfindən muzeyə turmo hədiyyə edilmişdir.
Turmo qoz ağacındandır. Dördkünc daş güzgünün kənarları xırda fiqurlu hissəciklərdən nəbati ornamentlə bəzədilib. Çərçivəsi ağacdandır, iki ayaqlıdır. Turmo üç tərəfdən ağacla çərçivələnmış güzgülərdən, üstü ağ mərmərdəndir. Iki fiqurlu ayaqları dalğavari kəmər vasitəsi ilə arxa panelə bərkidilib. Turmonun bərpaya ehtiyacı olduğundan bərpa işi Muzeyin Bərpa labjratoriyasının şöbə müdiri Təhsib Zəvərli tərəfindən həyata keçirilib. Hal-hazırda turmo Hədiyyələr və xatirə əşyaları fondunda saxlanılmaqdadır.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.