Noyabrın 4-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Elmi-Metodik Şurasının nəzdində fəaliyyətə başlayan Daimi Elmi Seminarın ilk toplantısında Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Əli Fərhadov çıxış etmişdir.
Seminarın əsas məqsədi müasir dövrdə Azərbaycanda olan multikultural mühitin davamlılığını təmin etmək, Azərbaycan xalqının minilliklər boyu formalaşdırdığı multikultural və tolerant dəyərlər sistemini bu gün yaşatmaqla bərabər, bu dəyərləri gələcək nəsillərə ötürməkdir. O, öz çıxışında akademik Ramiz Mehdiyevin “V Bakı Beynəlxalq Humanitar Forumu cəmiyyətin hansı istiqamətdə hərəkət etdiyini anlamağa imkan verən dünya miqyaslı məkandır” adlı məqaləsi əsasında dini və etnik multikulturalizmin siyasi və mədəni aspektleri mövzusuna toxunmuşdur. Seminarda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Bilik Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, AMEA-nın nümayəndələri də çıxış etmişdir.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.