XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
07 Noyabr, 2016
“Qadın geyim bəzəkləri ” adlı sərginin vaxtı müəyyənləşdi

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Qadın geyim bəzəkləri” adlı  sərgi 10.11.2016-cı ildən 14.02.2017-ci ilədək davam edəcək. 


Sərgiyə muzeyin “Etnoqrafiya”, “Arxeologiya”  və “Xüsusi” fondlarının materialları cəlb edilmişdir. Arxeologiya fondundan  41 ədəd, Etnoqrafiya fondundan 142 ədəd, Xüsusi fonddan 60-dan çox müxtəlif növ materiallar təqdim olunacaq. Burada - baş bəzəkləri, düymə və piləklər, ətəklik, yaxalıq və əlcəklər, sancaqlar, həmçinin kəmərlər, ayaq, geyim bəzəkləri, tikmələr, toxuma bəzəkləri, şairə  Xurşudbanu Natəvanın şəxsi əşyaları, uşaq geyimi nümayiş olunacaq. Tamaşaçılar 200-dən çox eksponatlarla tanış olmaq imkanı əldə edəcəklər. Muzeydə belə bir sərgi ilk dəfə təşkil edilir. Sərginin açılışı günü bədii hissə və etnoqrafik materiallar əsasında slayd  da təqdim ediləcək.

 

Sərgi 14.02.2017-ci il tarixinə qədər davam ediləcək..

Sərgiyə giriş pulsuzdur.

 

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/