Milli Azərbaycan Tarixi Muzeyində 2013-cü ildən əsası qoyulmuş H.Z.Tağıyev klubuna maraq artmaqdadır. Belə ki, Səbail rayonu Həbib bəy Mahmudbəyov adına 2 saylı Texniki-Humanitar Elmlər liseyinin 10B sinif şagirdləri klubun üzvlüyünə qəbul olundular.
Daha sonra Muzeyin elmi katibi, t.ü.f.d. Fərhad Cabbarov uşaqlara H.Z.Tağıyevin həyat və fəaliyyəti, onun örnək ola biləcək həyatının ən parlaq səhifələri barədə danışmışdır. Natiq Muzeydə H.Z.Tağıyevlə bağlı aparılan tədqiqat işləri barədə məlumat verərək onun, həmçinin Azərbaycanın digər xeyriyyəçi şəxsiyyətlərin xalqın rifahı yolunda gördükləri işlərin təbliğ olunmasının vacibliyini xüsusi vurğulamışdır. Sonda F.Cabbarov uşaqların suallarına cavab vermişdir.Liseyin ana dili və ədəbiyyat müəlliməsi E.Həziyeva şagirdlərdə görkəmli Azərbaycan milyonçusu və xeyriyyəçisi H.Z.Tağıyevin həyat və fəaliyyətinin böyük maraq oyatdığını, bu mövzuda daha dolğun məlumatların burada keçirilən müxtəlif mühazirələr sayəsində əldə olunacağına inandığını bildirdi. H.Z.Tağıyev klubunun mühazirələri mütəmadi olaraq ayda iki dəfə olaraq keçiriləcək. Yaşından fərqli olmayaraq kluba hər bir şəxs üzv yazıla bilər.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.